Mən bağışladım və Rəbb mənə şəfa verdi

2013-10-25

müəllif: şəhadət

“O zaman Peter gəlib Isaya dedi:(Ya Rəbb! Qardaşım mənə qarşı neçə dəfə günah işlədərsə, mən onu bağışlamalıyam? Yeddi dəfəmi?) 

Isa ona dedi: Sənə deyirəm ki, yeddi dəfə yox, yetmiş kərə yeddi dəfə”.
(Mətta 18, 21-22)

 

Allahın iradəsinə görə, bir neçə il bundan qabaq “Müqəddəs Ruhda yeniləşmə” adlı seminarında iştirak etməyə imkanım var idi. 7 həftə ərzində, hər şənbə günü, çoxlu maneələrə baxmayaraq, biz görüş yerində toplanırdıq. Son günündə olan bitirmə duası bəptizin və miro yağın sürtməsi sirrlərinə, həmçinin də yeniləşməsinə həsr olunurdu. Dua edirdik ki, insanlar bu ayinlərə daha ciddi və məsuliyyətli yanaşsınlar. Mənim üçün bu böyük bir gün idi – bir dönüş günü idi, və mənim ruhani yeniləşməm o gündən başlayıb, indiyə kimi davam edir. 
Seminar vaxtinda, katexizisin birinci dərsində, mən belə sözləri eşitdim: “...əqər sən BÜTÜN insanlara hər şeyi bağışlamasan, səndə heç bir yeniləşmə olmayacaq”. Bu ifadəni dərhal özüm üçün “adi dilinə tərcümə etdim”: əqər bağışlamasam, onda qərək, Rəbbin “başını aldatmaqa” dəyməz, və bütün etdiyim hərəkətlər sadəcə böyük yalan və mömin hərəkətlərin çoxalmasıdır, və bunlar farisey ikiüzlük və riyakarlıqla möhkəmlənirlər. 
 
...Hamıya hər şey bağışlamaq... – bu sözlər daimi olaraq qulaqlarımda səsləniridilər, və naisə qurmaq həvəsini, narahatlığı oyadırdılar. Öz fikirlərimdə bağışlamadığı insanları və mənə ağrı verdiyi hadisələri xatırlayırdım, o hadisələri, hansılar ürəyimi tamamilə bağladılar. Bunlar çox idi. Başa düşdüm ki məndə böyük şans var, lakin hər şey mənim qərarımdan, mənim iradəmdən asılıdır. Allahın lütfün hərəkəti doğurdan da güclü idi. Rəbb Allah məndən əməkdaşlığı gözləyirdi: mən ürəyimi açmalı idim ki, O ona şəfa versin. Mən kahinə məsləhət üçün mürəciət edəndə, o təklif etdi ki, Evxaristiya zamanı yanında duran qardaşlara və bacılara sülh arzulayanda, mən onlarda bağışlamadığı insanları görüm ki, əlimi onlara uzadaraq, içimdə daxili bağışlama oyadım. Mən bunu həvəslə, səmimi ürəkdən etməyə başladım. Öz bağışlama ilə, ürəyimin dərinliyində bütün o insanları, hansılara qarşı incimələr, iddialar, mənfi rəylər qalmışdı,   əhatə etməyə çalışırdım.
Bağışlamaq həvəsi, və iradəmin cəhdi Tanrımın həyatıma daxil olub və şəfa prosesinı başlamağ üçün imkan yaratmışdı.   
Gündəlik işlərə qayıdarkən, təəcüblənərək görürdüm, ki incidiyim insanlar tamamilə dəyişiblər. Tezliklə başa düşdüm ki, taqsır onlarda yox, mənim xəstə ürəyim içində idi. Başa düşdüm ki, bizim aramızda olan divarı mən özüm tikmişdim. Elə mömkən divar idi ki, onu öhdəsindən gəlmək çox çətin idi. Düşmənçiliyin, mənfi rəyimin, etibarsızlığın divarı idi. Mən görürdüm ki, bu insanlar məni düşmən saymırlar və onlar məhəbbət üçün açıqdırlar. 
Bu “hadisəni” uzun müddət ərzində seyr ediridim: çox təəcüblənirdim, məni sevinc və sülh doldururdu. Hər şey gözəl oldu. Bu ana kimi rəngsiz və əhəmiyyətsiz görünən şeylərdə böyük məna açılmışdır. Ürəyimdə DÜNYANI dəyişdirən MƏHƏBBƏT yaranıb – yaşadığım, işlədiyim, mövcüd olduğum dünyanı, Rəbb Allahlla hər bir insanın yaxşılığı və xoşbəxtliyi üçün yaratdığı bütün dünyanı.(...) Özüm üçün təbiətin gözəlliyi görməyə başladım, günəşin qalxmasına və batmasına, tarlada toxumlarla dolu olan, yetişən sünbüllərə heyranla baxırdın və anlayırdım ki, bu məhz çörəklərin möcüzəli çoxalmasıdır, hansı ki gözlərimiz qabağında baş veriridi. Güllər içində Allahın təbəssümü görürdüm.
Hər gün qabağımda Allahın lütfün varlığı açılırdı. Mən başa düşdüm ki, özü içində fikirlərini toplayan insan, hansı ki öz incimələrin və qəlbin yaralarını seyr edir və yalnız bununla məşquldur, həmin lütfünü görə bilməz. Kədərin, məyusluğun, apatiyanın dərinliyinə düşmüş insan hər şeyi qara rənqlərdə görür və hər addımda özü üçün təhlükə axtarır. O xilası axtarır və çox zaman bu “xilası” qeyri-düzgün şeylərdə, (hərdən bir sektalarda) tapır. Çoxlu insanlar özlərini dünyanın burulğanlara atırlar, və dünyanın “ləzzətlərin” dərinliyinə gedirlər. Onlar özünü xoşbəxt kimi aparırlar, lakin əslində çox zaman bu ən bədbəxt insanlardır. Onlar barədə həqiqət böhranlı anlarda – xəstəlik zamanı, yaxın adamın ölümü, maddi varlığın itirilməsi baş verəndə meydana çıxır. Belə anlarda, bu insanlar ümidsiz vəziyyətə düşürlər, və ümidsizliyin mənbəyi həmişə qaranlığın hakimi olan iblisdir. O Allah kim olduğunu çox gözəl bilir, çünki o Allahın məhəbbətini rədd etmişdir. Öz nifrətin içində yaşayaraq, o hər şey edir ki, öz tərəfinə daha çox insanları cəlb etsin, çünki onların Tanrı ilə birlikdə olan ünsiyətin xoşbəxtliyinə paxıllıq edir. 
Məhz o bizim bağışlamamaq həvəsindən istifadə edir ki, əlçatmaz divarı tiksin, bizdə özümüzə qarşı qəmi, iddialarımızı, qəlb yaralarımızı alovlandırır, incimə hissini gücləndirir. O həmişə bizə vurulmuş yaraları təzələmək üçün onları xatırladır.        
Gəlin diqqətli olaq! Özünüzü aldatmağa imkan verməyin! Gəlin, müqəddəs Ruhdan xahiş edək ki, bizə göstərsin – hansı ruh bizim yanınızda olur və bizə məsləhətlər verir, biz kimə qulaq asırıq və kimə inanırıq. Gəlin əlimizdə Bibliyanı saxlayaq – və onu yalnız oxumaq yox, lakin həmçinin İsanın sözlərinə uyğun yaşamaq üçün: incimə bizə toxunan zaman, dərhal bağışlamaq. Gəlin özümüzü incimiş hiss etdiyimiz vəziyyələrə emosiyalar olmadan baxaq və görəcəyik ki, əslində biz yox, bizim qürurumuz yaralanır, və biz yox, bizim xudbinliyimiz ağlayır. Gəlin qorxmayaq! Və əqər bizdə hərdən qorxu anları olurlarsa, onda yaxşı dərmanı – duanı həmişə xatırlamaq lazımdır.

Copyright © Wydawnictwo Agape Sp. z o.o. ul. Panny Marii 4, 60-962 Poznań, tel./ fax: 61/ 852 32 82 | tel. 61/ 647 26 86