Sizi sevdiyim kimi, siz də bir birinizi sevin (Yəhya. 13,34)

2013-10-17

İsa bu sözləri Pasxa axşamında, son şam yeməyindən qabaq, öz ölümdən bir gün əvvəl demişdi. O zaman üçün o sözlərdə yeni bir fikir yox idi – məhəbbət barədə əmr Yəhudi xalqına hələ Musa tərəfindən, İsanın doğulmasından min beş yüz il əvvəl verilmişdir.
Həvərilər başa düşmürdülər – nə üçün İsa bu əmrini “yeni” adlandırıb. Yalnız üç gün sonra onlar məhəbbətin sirri nədən ibarət olduğunu başa düşdülər.
İsa çarmıxda məhv olmuşdu. Nə demək olar, hər kəs məhv ola bilər, xüsusi olaraq, əqər o şəxs öz hərəkətlərdə yaxşı niyyətlərlə və işıqlı fikirlərlə əsaslanır. Qəribə deyil ki, İsanın ölümü həvərilərin həyatına qorxu və şübhələrdən başqa bir şey gətirmədi. Lakin üçüncü gün onlara reallığın yeni anlayışını verib – onlar dirilmiş İsa ilə rastlaşıblar və başa düşdülər ki, Onun ölümü bütün başqa insanların ölümlərdən fərqlənirdi. İsa Öz günahlarına görə yox, bütün insanların günahlarına görə ölmüşdü, ona görə, Onun insanlara günahları bağışlamağa haqqı var. İsa Ona inanan hər bir insana əbədi həyat verməyə vəd vermışdi.   
Mən razıyam ki, əbədi həyatı vəd edən və müdrik məslahətləri verən çoxlu insanlar var idi. Çoxları gözəl sözlərli danışaraq, bizi həyatda nə cür hərəkət etməyi öyrədirlər. İsanın məslahəti başqa məsləhətlərdən fərqlənir, O bizdən elə bil mümkün olmayan şeyi tələb edir, ancaq eyni zamanda, O Öz nümünəsi ilə bunun mümkün olduğunu sübut etmişdir. Gəlin fikirləşək, İsa nə cür hərəkət ediridi. 
İlk növbədə, İsa insanların kədərləri və sevincləri gözəl başa düşürdü və insanlara xidmət etməyə bacarırdı. O zəhmət çəkməyərək, insanların bütün ehtiyacların qayğısına qala bilərdi və bunu minlərlə insanların möcüzəli yolla doydurulma faktları (məs. Mark 8:1-9), və minlərlə şəfa olunan xəstələr təsdiq edir (məs. Mark 6:56). Buna baxmayaraq, O İsraildə yeni təbabət sistemini və ya yeyinti sənayesi qurmadı. Nə üçün? Ona görə ki, Onun məqsədi belə idi – insanın ruhani aclığı təmin etmək, çünki o aclıq bədənin aclığından daha vacibdir və insanı əbədi ölümə apara bilər. İsa gözəl bilirdi ki, Allahın hökmündən heç bir insan qaça bilməz, və Allahın qarşısında heç kəs bəraət qazana bilməz, çünki hamı günah etmişdilər. Və O bilirdi ki, yalnız Allahın günahsız Oğlunun ölümü insanları günahlara görə olan cəzadan qurtara bilər. Və O günahlı insanları xilas etmək üçün ölümə getməyə qərara aldı.  
Fikirləşməyə dəyər – Onun üçün başqa insanlara görə ölmək asan idi mi. Çoxlumu insanlar var ki, mən onlar üçün ölməyə hazıram? Çoxlumu insanlar var ki, mənim üçün ölməyə hazırdılar? Yəqin ki, hər ikiləri saymaq üçün bir əlin barmağları kifayədtir. Ona görə müqəddəs Pavel yazmızdır: “Çünki çətin güman etmək olar ki, kimsə saleh uğrunda ölsün; yaxşı bir adam uğrunda bəlkə də biri ölməyə cəsarət edər. 
Lakin Allah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü”. (Romalılara 5:7-8).
Və ona görə o həyatın axırına kimi əmin idi ki, onu İsa Məsix qədər heç kəs sevmirdi.   
İkinci. O hamını istisnasız olaraq, sevirdi, yaxşılar və pislər, dostlar və düşmənlər arasında fərq qörmürdü. İsa Onun anasının qayğısına qalan Yəhyanı, Onu üç dəfə inkar edən Peteri, Ona xəyanət edən Yahudanı eyni məhəbbətlə sevirdi. O Öz cəlladları bağışlayıb, onlar üçün dua edirdi. O hər istəyənə əbədi həyatı verməyə hazırdır.  
Üçüncü, Öz dirilməsi ilə İsa nəinki bütün iddialarını sübüt etmişdir, lakin eyni zamanda məsəl göstərmışdı - hər bir insanlı ölümdən sonra nə gözləyir. O sübut etdi ki, fiziki ölümdən sonra mütləq dirilmə gələcək – bəziləri üçün əbədi həyata, başqaları üçün isə əbədi ölümə.
Beləliklə, Həvərilər başa düşdülər ki məhəbbətdə təkçə gözəl sözlər və güclü hisslər yox – həmçinin başqalarına xidmət etməyə iradəsi, özünü qurban verməyə hazırlıq və əbədi həyatına dirilməyə ümid vacibdir. Bu ümidə görə onlar İsa öyrətdiyi kimi hərəkət etməyə, dünyanı dəyişməyə və onu məhəbbətlə doldurmağa başladılar, Avropada və Amerikada olan müəssir sivilizasiya bu sözlərin təməlində qurulmuşdur – ona baxmayaraq ki, bəzi insanlar bunu inkar etməyə çalışırlar.
Beləliklə, əziz oxucu, qarşında seçim var. Öz həyat yolunda müxtəlif məsləhətlərdən istifadə edib, müxtəlif müəllimlərə qulaq asa bilərsən. Ancaq özünə oxşatmağa qəhraman seçəndə, fikirləş – o öz həyatı ilə sənə nə cür nümunə göstərmişdi.
Fikirləs – o ehtiyaclarını dünyanın yaratmasında iştirak edən İsadan daha yaxşı bilirmi? (Yəhya 1:1 bax). İsa həyatını sənin üçün vermişdi – o insan sənin üçün daha çox şey etdi mi? Fikirləş – indi o insan haradadır? Çünki heç bir məşhur müəllim öz qəbirini tərk etməyib, bunu yalnız Yeqənə şəxs – özünü Alfa və Omeqa, Yol və Həyat, Müəllim və Xilaskar adlanan İsa etmişdir.
Əqər səndə İsanın ardınca getməyə və əbədi həyat almağa imkandan istifadə etməyə həvəs varsa, onda Onu öz ürəyinə dəvət edib, Rəbb və Xilaskar kimi qəbul edə bilərsən. Bunun üçün dua et və belə sözləri de:
 
 “Rəbb İsa Məsih! Məni, günahlı insanı bağışla! Mən Sənin köməyi almadan, yeni insan ola bilmərəm. Sənə imanım lazımdır. Ürəyimi Sənə açıram, ona daxil ol. Rəbbim və Xilaskarım ol. Məni istədiyin kimi dəyiş. Minnətdaram Sənə, çünki məni o qədər sevdin ki həyatını çarmıxda günahlarım üçün verdin. Məni başqaları sən sevdiyin kimi sevməyə öyrət. Amin”.
 
 

Copyright © Wydawnictwo Agape Sp. z o.o. ul. Panny Marii 4, 60-962 Poznań, tel./ fax: 61/ 852 32 82 | tel. 61/ 647 26 86